
Qarabağ Universitetinin tələbələri “Rebuild Garabagh” hakatonunda 4-cü yeri tutub
Ali təhsil müəssisələrində mühəndislik təhsili, tələbələrin texnoloji yarışlarda iştirakını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdə praktiki kadr hazırlığından xəbərdar olmaq üçün bizi izləyin.
14–16 oktyabr Bakı Ekspo Mərkəzində “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı – “Rebuild Garabagh” sərgisi çərçivəsində təşkil olunan hakatonda Qarabağ Universitetinin tələbələrindən ibarət KhanAgro komandası uğur qazanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Mühəndislik fakültəsinin tələbələri Elməddin Heydarov, Əli Həsənzadə, Əli Məmmədzadə və Fəridə Mikayılzadədən ibarət komanda mentor Nurlan Cümşüdovun rəhbərliyi ilə yarışmada iştirak edib. Müxtəlif universitetləri təmsil edən 13 komandanın mübarizə apardığı hakatonda KhanAgro komandası ən yaxşı beş komanda sırasına daxil olaraq 4-cü yeri tutub və pul mükafatına layiq görülüb.
Yarışma çərçivəsində komanda üzvləri 44 saat 44 dəqiqə 44 saniyə ərzində kənd təsərrüfatı sahəsi üzrə innovativ həllər hazırlayıb, proqram təminatı üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər. Hazırlanan layihə rəqəmsal texnologiyaların kənd təsərrüfatında tətbiqini və bu sahədə innovativ yanaşmaların inkişafını hədəfləyib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin