
İlk Prezident təqaüdçüləri bu gün harada çalışırlar?
İstedadlı gənclərin ali təhsil yolundakı inkişafı, təqaüd proqramları, tələbə nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil tariximizin uğurlu məzunları, karyera hekayələri haqqında məlumat üçün bizi izləyin.
2001–2002-ci illərdə Prezident təqaüdünə ilk layiq görülən gənclər bu gün hansı sahələrdə çalışır, hansı uğurlara imza atırlar?
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə paylaşım edib.
“2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət İmtahan Mərkəzi olaraq həmin gənclərin həyat yolunu araşdırdıq və 41 videomüsahibədən ibarət layihə hazırladıq. Bu gün onların arasında həkimlər, diplomatlar, dövlət qulluqçuları, sahibkarlar və müxtəlif sahələrdə rəhbər vəzifələrdə çalışan mütəxəssislər var.
Müsahibələrdə xüsusilə diqqət çəkən məqam onların ümummilli lider Heydər Əliyevlə görüş haqqında xatirələridir. Həmin görüşdə gördükləri diqqət və onlara göstərilən inam illər keçsə də yaddaşlarında yaşayır.
Yeni nəsil Prezident təqaüdçülərinin öz həyat yoluna başladığı bu günlərdə ilk təqaüdçülərin hekayələrini yenidən diqqətinizə çatdırmaq istəyirəm.
İlk Prezident təqaüdçülərinin həyat hekayələri – 41 videomüsahibə:
https://shorturl.at/ZOjhk”,- deyə bildirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin