
Şəki-Zaqatala RTİ-nin məktəblərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə dair tədbirlər keçirilib
Maarifləndirici dərslər və təhsil müəssisələrində məktəblilərin dünyagörüşünün formalaşdırılmasını izləmək üçün direktor.az-a abunə olun. Orta ümumtəhsil məktəblərinin fəaliyyəti, tədris prosesindən xəbərdar olmaq üçün bizi izləyin.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala RTİ-dən bildirilib. Tədbirlər Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb. Tədbirlərdə şagirdlər şeir və mahnılar səsləndiriliblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin