
OYU -da suyun xüsusiyyətlərinə həsr olunmuş təcrübə dərsi keçirilib
Praktiki kadr hazırlığı, müasir tədris metodikalarını izləmək üçün direktor.az-a abunə olun. Auditoriya təcrübələri və ölkəmizin maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin Məktəbəqədər təhsil ixtisası üzrə MQ 123 qrupunda “Pediatriya və gigiyenanın əsasları” fənni çərçivəsində suyun xüsusiyyətlərinə həsr olunmuş praktik məşğələ keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Müəllim Aytən Vəliyevanın rəhbərliyi ilə təşkil olunan dərsdə tələbələr suyun fiziki xüsusiyyətlərini əyani şəkildə öyrənmək məqsədilə maraqlı təcrübələr həyata keçiriblər. Məşğələ zamanı suyun səthi gərilməsi və sıxlıq xüsusiyyətlərini nümayiş etdirən iki təcrübə aparılıb. “İstiot və sabun” təcrübəsində sabunun suyun səthi gərilməsinə təsiri müşahidə olunub. Yumurtanın duzlu suda üzməsi təcrübəsi vasitəsilə isə duzun suyun sıxlığına təsiri əyani şəkildə nümayiş etdirilib.
Təcrübələr tələbələrə nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirmək, müşahidə aparmaq, nəticələri təhlil etmək və elmi hadisələri daha dərindən anlamaq imkanı yaradıb. Dərsin əsas məqsədi gələcəyin məktəbəqədər təhsil mütəxəssislərində tədqiqatçılıq, müşahidə və analitik düşünmə bacarıqlarını inkişaf etdirmək, eləcə də uşaqların yaş xüsusiyyətlərinə uyğun interaktiv təlim metodlarından istifadənin əhəmiyyətini göstərmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin