
DİM-də biologiya və tarix fənləri üzrə seminar keçirilib
Qəbul və buraxılış imtahanı proqramları və DİM-in rəsmi qərarlarını izləmək üçün direktor.az-a abunə olun. Tədris standartları, fənn kurikulumlarından xəbərdar olmaq üçün bizi izləyin.
15 oktyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə elmi-metodik seminarlar keçirilib
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
Seminarlarda gündəlik məsələlər aşağıdakılar olub:
İş planının təsdiqi;
Proqramların müzakirəsi.
Seminarlarda orta ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil Nazirliyinin tabeliyində olan institutların müvafiq fənlər üzrə mütəxəssisləri iştirak ediblər. Eyni zamanda DİM-in regional bölmələri vasitəsilə (Naxçıvan, Göyçay) bölgələrdəki müəllimlər onlayn rejimdə müzakirələrə qoşulublar.
Biologiya fənni üzrə seminarda Afiqə Batıyeva gündəlik məsələlər barədə məlumat verib. O qeyd edib ki, iş planına daxil olan məsələlərin müzakirəsi yekunlaşdıqdan sonra qəbul proqramı və imtahan modelinə uyğun hazırlanacaq yeni tapşırıqlar “Abituriyent” jurnalının 1-ci sayında dərc olunacaq. Həmçinin bu seminarda respublikanın ümumtəhsil məktəblərində cari tədris ilində istifadədə olan imtahan fənlərindən 5-11-ci sinif dərsliklərinin elmi-metodik baxımdan müzakirəsi aparılacaq. Müzakirə nəticəsində qeyd edilən təkliflər sual kitabçalarının formalaşdırılması üçün istifadə ediləcək. Biologiya fənni üzrə seminarın rəhbəri b.e.n. Tariyel Eybatov IV ixtisas qrupu üçün qəbul imtahanı proqramını müzakirəyə təqdim edib. Proqramın bir hissəsi (bitkilər aləmi, heyvanlar aləmi və insan) müzakirə edilib.
Tarix fənni üzrə seminarın rəhbəri t.ü.f.d. Mehman Abdullayev seminarın iş planı haqqında məlumat verib və II və III (DT altqrupu) ixtisas qrupları üçün qəbul imtahanı proqramını müzakirəyə təqdim edib.
Proqramların müzakirəsində seminar iştirakçıları bir sıra təkliflər veriblər. Müzakirələr nəticəsində iştirakçılar tərəfindən qeyd edilən təkliflər nəzərə alınaraq proqramlarda müəyyən redaktə xarakterli düzəlişlər edilib.Seminara onlayn rejimdə qoşulmuş Göyçay rayonu Çərəkə kənd 2 saylı tam orta məktəbin tarix müəllimi Fidan Sadıqova müzakirədə fəal iştirak edib, qeyd və təkliflərini bildirib.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin