
DİM-də GRE imtahanı keçiriləcək
Beynəlxalq standartlı imtahanların təşkili, DİM-in rəsmi elanları, qəbul və qiymətləndirmə proseslərini izləmək üçün direktor.az-a abunə olun. İmtahan tarixləri, tələblər və ölkəmizin maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
ETS-in (Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti General Test imtahanı 2026-cı il oktyabrın 23-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı
GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən - https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre tanış olmaq mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin