
DİM-də hazırlıq kurslarının ilk məşğələsi keçirilib
Pedaqoji kadrların peşəkar hazırlığının gücləndirilməsi, qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsilverənlərin ixtisasartırma kursları, fənn proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzində 19-23 oktyabr Azərbaycan dili, informatika, rus dili və ingilis fənləri üzrə hazırlıq kurslarının ilk məşğələləri keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.
Hazırlıq kurslarında Afiqə Batıyeva hazırlıq kursunun məqsədi və iş planı haqqında kurs iştirakçılarına məlumat verib.
Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, informatika fənni üzrə Fikrət İbiyev, rus dili fənni üzrə Viktoriya Ələkbərova, ingilis dili fənni üzrə Nərminə Əliyeva müvafiq fənn kurikulumlarının mahiyyəti, məzmunu və strukturu ilə bağlı təqdimat ediblər.
Təqdimatlar ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Hazırlıq kurslarının ikinci məşğələsi növbəti həftə keçiriləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin