
DİM “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim keçirib
Pedaqoji kadrların peşəkar hazırlığının gücləndirilməsi, qiymətləndirmə prosesində müasir yanaşmaların tətbiqini izləmək üçün direktor.az-a abunə olun. Təhsilverənlərin ixtisasartırma kursları, fənn proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
22 və 23 oktyabr Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Tural İsgəndərov tərəfindən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları üçün “Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar ünsiyyət bacarıqlarının əhəmiyyəti, Shennon Viver modeli, ünsiyyət növləri, inandırıcı ünsiyyət, auditoriyanın analizi, kommunikasiyaya açıqlıq, insanların davranışına təsir etmə üsulları, ünsiyyət qurularkən məlumatın qəbul olunması, görüşlərdə yönləndirici ünsiyyət və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.
Təlimin sonunda mövzu ətrafında müzakirələr aparılıb və təlim iştirakçılarının sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin