
DİM etik davranış və antikorrupsiya təlimi keçirib
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi etik davranış qaydaları və antikorrupsiya təlimləri haqqında məlumatlar üçün direktor.az-a abunə olun. Rəsmi təlim proqramlarını, hüquqi maarifləndirmə tədbirlərini və idarəetmə sahəsindəki ən vacib yenilikləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
15 sentyabr 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları üçün onlayn formatda ixtisaslaşdırılmış təlim təşkil olunub. Təlim DİM-in Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Zeynal Cabarov tərəfindən “Dövlət qulluğunda etik davranış qaydalarının praktik tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda aparılıb.
Proqram çərçivəsində iştirakçılara korrupsiya anlayışı, bu sahədəki hüquqpozmaların növləri, subyektləri və yaranan hüquqi məsuliyyət mexanizmləri barədə ətraflı məlumat verilib. Həmçinin korrupsiyaya qarşı mübarizədə tətbiq edilən müasir beynəlxalq təcrübə, qabaqlayıcı metod və vasitələr, eləcə də ölkəmizdə bu istiqamətdə əldə olunmuş uğurlu nəticələr diqqətə çatdırılıb. Eyni zamanda dövlət qulluqçularının peşə fəaliyyətində etik davranış qaydalarına əməl etməsinin vacibliyi və bu prinsiplərin təcrübədə tətbiqi məsələləri geniş təhlil edilib.
Təlimin yekununda iştirakçıların etik normalar və antikorrupsiya tədbirləri ilə bağlı sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin