
DİM “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim keçirib
Təhsil sektorunda keyfiyyət təminatı və DİM-in elmi-metodik təlimlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil mühitində tətbiq olunan innovativ metodlardan xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi tərəfindən 16 oktyabr Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün “İnsan resurslarının idarə edilməsinə ümumi baxış“ mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən iştirakçılara insan resurslarının idarə edilməsinin əsas funksiya və prinsipləri, əmək bölgüsü və əmək kooperasiyasının növləri, vəzifə təlimatlarının düzgün müəyyənləşdirilməsi qaydaları, kadrların seçilməsi, yerləşdirilməsi, kadr siyasəti, kadrlarla aparılan işlərin əsas prinsipləri, problemləri, müsahibələrdə səriştələrin müəyyənləşdirilməsi metodları və s. məsələlər barədə ətraflı məlumat verilib.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin