
Qarabağ Universiteti beynəlxalq sərgidə təmsil olunub
Regionun bərpasında ali təhsilin rolu, peşəkar kadr hazırlığını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizin innovativ layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universiteti 14-16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Garabagh" sərgisində öz stendi ilə təmsil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sərginin ilk günündən etibarən universitetin stendini ziyarət edən abituriyentlərə, onların valideynlərinə, şirkət və dövlət qurumlarının nümayəndələrinə Qarabağ Universitetinin təhsil imkanları, elmi-tədqiqat istiqamətləri və inkişaf strategiyası barədə ətraflı məlumat verilib.
Sərgi çərçivəsində universitetin nümayəndə heyəti B2B və B2G görüşlərində iştirak edərək özəl sektor və dövlət qurumları ilə əməkdaşlıq imkanlarını, kadr hazırlığı, təcrübə proqramları və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə edib. Sərginin proqramı çərçivəsində Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə “Yenidənqurmadan dayanıqlı inkişafa: Qarabağın dirçəlişində təhsilin rolu” mövzusunda panel müzakirədə çıxış edib. O, Qarabağın dayanıqlı inkişafında peşəkar kadr hazırlığının, elmi fəaliyyətin və innovasiyaların rolunu vurğulayıb.
Qarabağ Universiteti bu cür sərgilərdə iştirak etməklə Qarabağda elm, təhsil və insan kapitalının inkişafını göstərir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin