
DİM Mədəniyyət Nazirliyinin əməkdaşları üçün təlim keçirib
Dövlət qurumlarında kadr potensialının gücləndirilməsini, əməkdaşlar arasında kommunikasiya və liderlik bacarıqlarının inkişafına yönəlmiş təlim layihələrini izləmək üçün direktor.az-a abunə olun. İdarəçilik mədəniyyəti, peşəkar səriştələrin qiymətləndirilməsi və təhsil sektorunda keçirilən inkişaf yeniliklərindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzinin Funksional səriştələrin qiymətləndirilməsi sektorunun aparıcı məsləhətçisi Humay Eminzadə Mədəniyyət Nazirliyinin əməkdaşları üçün “Komanda daxili birliyin artırılması” mövzusunda təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı iştirakçılar komanda ruhunun formalaşdırılması, əməkdaşlar arasında effektiv ünsiyyət, qarşılıqlı etibar və dəstək mühitinin inkişaf etdirilməsi ilə tanış olublar.
Komanda və qrup anlayışları arasındakı fərqlər, komandanın formalaşma mərhələləri,komanda işinin əsas prinsipləri, ortaq məqsəd və dəyərlərin müəyyənləşdirilməsi, rolların və məsuliyyətlərin aydınlaşdırılması kimi mövzular müzakirə edilib. İştirakçılar praktiki tapşırıqlar vasitəsilə komanda daxilində qərarvermə, prioritetləşdirmə, əməkdaşlıq və liderlik potensialının qiymətləndirilməsi üzrə fəaliyyətlərdə iştirak ediblər.
Təlimdə həmçinin psixoloji təhlükəsizlik, açıq kommunikasiya və müxtəlif bacarıqlardan səmərəli istifadə etməyin komanda məhsuldarlığına təsiri vurğulanıb. İnteraktiv formatda keçirilən məşğələlər iştirakçıların mövzuya fəal cəlb olunmasına və əldə edilən biliklərin praktik şəkildə tətbiqinə imkan yaradıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin