
Təhsil İnstitutu “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər keçirib
Təhsil imkanlarının genişləndirilməsi, innovativ tədris metodlarının tətbiqi və rəqəmsal savadlılığın yüksəldilməsi üçün keçirilən layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, elmi-metodiki təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun sifarişi ilə təşkil edilən “Rəqəmsal savadlılıq” mövzusunda təlimlər başa çatıb.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Xankəndi, Cəbrayıl, Xocalı və Ağdam şəhərlərində keçirilən təlim layihəsinin əsas məqsədi işğaldan azad olunmuş ərazilərə qayıdan və burada məskunlaşan vətəndaşların müasir texnologiyalardan səmərəli istifadə imkanlarını genişləndirmək, onların rəqəmsal bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Proqram çərçivəsində iştirakçılara informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə, “Google” alətləri ilə iş, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizlik və elektron hökumət xidmətlərindən istifadə ilə bağlı bilik və bacarıqlar qazandırılıb. Eyni zamanda, Azərbaycan Təhsil Şəbəkəsinin veb layihələri və digər müasir rəqəmsal həllər barədə məlumat verilib.
Sessiyalarda nəzəri məlumatlarla yanaşı, praktik məşğələlərə də geniş yer ayrılıb. İştirakçılar müxtəlif rəqəmsal alət və xidmətlərdən istifadə edərək əldə etdikləri bilikləri praktik şəkildə tətbiq etmək imkanı qazanıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin