
SDU-da tələbələr üçün anonim sorğu yaradılıb
Ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasını, gənclərin innovativ təşəbbüslərini və tələbə yönümlü idarəetmə mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdə həyata keçirilən islahatlardan xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetinin rektoru, Nurəli Yusifbəyli 2026–2027-ci tədris ilində 500 və daha yüksək bal toplayaraq SDU-ya qəbul olan tələbələrlə görüşüb.
Direktor.az xəbər verir ki, görüşdə rektor tələbələri yüksək nəticələri münasibətilə təbrik edib, əldə etdikləri uğurun onların gələcək akademik və peşəkar inkişafı üçün mühüm başlanğıc olduğunu bildirib. O, müasir dövrdə gənclərin fundamental biliklərə yiyələnmələri ilə yanaşı, qazandıqları bilik və bacarıqları müasir texnologiyaların və yeni yanaşmaların tətbiqinə yönəltməyin də vacib olunduğunu vurğulayıb.
Rektor universitetdəki fəaliyyətləri ardıcıl şəkildə davam etdiriləcəyini, tələbələrin akademik və peşəkar potensialının inkişafı üçün yaradılan imkanların daha da genişləndiriləcəyini bildirib. Rektor tələbələrin fikirlərinin təhsil prosesinin davamlı təkmilləşdirilməsi baxımından böyük önəm daşıdığını bildirib.
Rektor bildirib ki, SDU-da ISO 10002:2018 beynəlxalq standartı əsasında “Tələbə Məmnuniyyəti Sorğusu” istifadəyə verilib. Tələbələr xüsusi QR kod vasitəsilə tam anonim şəkildə tədris prosesi, müəllimlərin səriştəsi, tədris materiallarının əlçatanlığı və ümumi şəraitlə bağlı irad, təklif və gözləntilərini sərbəst şəkildə bildirə bilərlər.
Həmçinin sorğuda öz ideyaları ilə fərqlənən tələbələri müəyyənləşdirmək üçün “1000 ideya 1 SDU” bölməsinin də aktiv olduğunu və tələbələrin seçilən ideyalarının ilin sonunda mükafatlandırlıcacağını qeyd edib.
Görüş zamanı tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallarını rektora ünvanlayıb, universitetdə təhsil və inkişaf imkanları ilə bağlı fikir və təkliflərini bölüşüblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin