
OYU-da yeni fakültə dekanı seçilib
Ali təhsil müəssisələrində idarəetmə proseslərini, akademik vəzifələrə seçkiləri, eləcə də fakültələrin elmi-tədris fəaliyyətinin inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərdə kadr islahatları və maarif mühitində baş verən rəsmi xəbərlər üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin "Təbiət və Texnologiyalar" fakültəsində Elmi Şuranın iclası çərçivəsində dekan vəzifəsinə seçki keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İclasda fakültənin tədris və elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, innovasiyaların tətbiqi və gələcək inkişaf perspektivləri müzakirə edilib. Sonra isə dekan vəzifəsinə nazmizədlər — Biologiya və Ekologiya kafedrasının dosenti Sevinc Məhərrəmova və İnformasiya texnologiyaları və kibertəhlükəsizlik kafedrasının dosenti Elçin Həsənov öz fəaliyyətlərini təqdim ediblər.
22 nəfərin iştirak etdiyi gizli səsvermənin yekunlarına əsasən, dosent Sevinc Məhərrəmova ən çox dəstəyi qazanaraq fakültənin yeni dekanı seçilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin