
DİM prokurorluq orqanlarına işə qəbul imtahanı keçirəcək
Dövlət qurumlarında kadr potensialı, ali hüquq təhsilli mütəxəssislərin imtahan mərhələləri və rəsmi qeydiyyat qaydaları barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil sektoru, imtahan prosesləri və nəticələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləri qəbul edilmiş namizədlər 3 oktyabrdan 6 oktyabr saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Həmin şəxslər keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəməlidirlər: https://exidmet.dim.gov.az/elimt/
Onlar 7 oktyabrdan etibarən “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Test imtahanı 2026-cı il 9 oktyabr saat 10:00-da Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 ünvanında yerləşən Dövlət İmtahan Mərkəzinin elektron imtahan korpusunda keçiriləcəkdir. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin