
DİM-in əməkdaşı Qazaxıstanda Beynəlxalq Forumda iştirak edib
Ali təhsil müəssisələrinin beynəlxalq görüşləri, rəqəmsal təhsil mühitində müasir texnologiyalar və qlobal təhsil sisteminindən xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, qiymətləndirmə siyasəti və beynəlxalq keyfiyyət standartları haqqında məlumat əldə etmək üçün bizi izləyin.
2 oktyabr 2026-cı il tarixində Qazaxıstan Respublikasının Astana şəhərində Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin 15 illiyinə həsr olunan 10-cu Mərkəzi Asiya Beynəlxalq Forumu keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. Forum “Süni intellekt və rəqəmsal texnologiyalar dövründə keyfiyyətin yüksəldilməsi: təhsilin yeni üfüqləri” mövzusunda keçirilib. Tədbirdə DİM-in İdarə Heyəti sədrinin müşaviri Aliyə Əliyeva iştirak edib.
Forumda Qazaxıstan Respublikasının elm və ali təhsil naziri, Qazaxıstan Respublikasının səhiyyə naziri, Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə Avropa Assosiasiyasının prezidenti, Ümumdünya Tibbi Təhsil Federasiyasının prezidenti, dövlət orqanları, ali təhsildə keyfiyyətin təminatı üzrə beynəlxalq şəbəkələr, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Azərbaycan, Rusiya, Çin, Belarus, İtaliya, Türkiyə, Böyük Britaniya, Ermənistan və Latviya təhsil qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbir çərçivsəində çıxış edən İdarə Heyəti sədrinin müşaviri A.Əliyeva bildirib ki, süni intellektin təhsilə sürətlə nüfuz etdiyi bir dövrdə qiymətləndirmə yanaşmaları da köklü şəkildə dəyişməlidir. Eyni zamanda, məlumatın asanlıqla əldə olunduğu hazırkı şəraitdə əsas məsələ tələbənin yalnız nəyi yadda saxlamasını deyil, bilikləri praktiki olaraq necə tətbiq edə bilməsini, tənqidi təfəkkürünü və rəqəmsal savadlılığını ölçməkdir. Qiymətləndirmə prosesi yalnız imtahan mexanizmi deyil, təlim nəticələrini anlamaq və təhsilin keyfiyyətini artırmaq üçün vacib sübut mənbəyidir. Rəqəmsal texnologiyalar və böyük məlumatlar prosesləri daha sürətli və dəqiq etsə də, ədalətlilik, şəffaflıq və əlçatanlıq kimi dəyərlər qorunmalı, təhsilin mərkəzində hər zaman insan amili dayanmalıdır.
Çıxışda həmçinin DİM ilə IAAR arasında ali təhsildə keyfiyyət təminatı və akkreditasiya sahəsində davam edən sıx əməkdaşlıq, azərbaycanlı ekspertlərin akkreditasiya proseslərindəki fəal iştirakı və birgə təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin