
Tanınmış səyyah Azər Qərib BDU tələbələri ilə görüşüb
BDU-da səyyah-jurnalistlə keçirilən görüş, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi təşəbbüsləri haqqınd məlumatlar üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrində tələbələrlə keçirilən görüşlər, sosial layihələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə tanınmış jurnalist, səyyah, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qərib ilə görüş keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə BDU-dan bildirilib. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov turizmin xalqlar və ölkələr arasında mədəni dialoqun, qarşılıqlı anlaşmanın və beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. O, müasir dövrdə turizm sahəsində baş verən dəyişikliklərin və yeni tendensiyaların gənclərin dünyagörüşünün formalaşmasına da təsir etdiyini qeyd edib, BDU-da bu istiqamətdə keçirilən görüşlərin tələbələrin beynəlxalq proseslərə dair baxışlarının zənginləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
BDU tələbələri ilə görüşdən məmnunluğunu bildirən Azər Qərib onlara müasir turizmin inkişaf dinamikası, səyahət mədəniyyətinin formalaşması və Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması barədə məlumat verib, özünün səyyah və jurnalist kimi çoxillik təcrübəsini bölüşüb. O, Azərbaycanın müxtəlif regionlarının zəngin təbiəti, tarixi-mədəni irsinin turizm potensialının genişləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb, yeni turizm istiqamətlərinin və marşrutlarının tanıdılmasında rəqəmsal media, sosial şəbəkələr və səyahət məzmununun rolunu vurğulayıb.
Azər Qərib gənclərin səyahət və turizm sahəsində fəal iştirakının, ölkənin turizm imkanlarından səmərəli istifadəsinin əhəmiyyətindən danışıb, şəxsi səfərləri və müşahidələri əsasında müxtəlif ölkələrin turizm təcrübələri ilə bağlı fikirlərini tələbələrlə bölüşüb.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin