
Dövlət İmtahan Mərkəzi təlim təşkil edib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Nazlı Abduləlimova və həmin sektorun məsləhətçisi Pərvin Balabəyova “Nəticələrin əldə olunmasına yönəlmiş fəaliyyətin planlaşdırılması və vaxtın effektiv idarə edilməsi” mövzusunda təlim təşkil edib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılar işin səmərəli planlaşdırılması, prioritetlərin müəyyənləşdirilməsi və vaxtdan effektiv istifadə ilə bağlı bilik və bacarıqlarını inkişaf etdiriblər.
Həmçinin, nəticəyönümlü planlaşdırma prosesində risklərin nəzərə alınması, dəyişən şəraitdə qərarların qəbul edilməsi və işin gedişinə nəzarət yanaşmaları haqqında müzakirələr aparılıb. Daha sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə praktiki tapşırıqlar təqdim olunub. Sonda iştirakçıların sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin