
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək - DİM
İmtahanın şərtləri, tələb olunan sənədlər və dövlət qulluğuna qəbulla bağlı ən vacib rəsmi məlumatları izləmək üçün direktor.az-a abunə olun. İmtahan prosesləri, idarəetmə və təhsil sahəsindəki mühüm xəbərlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzi 2026-cı il oktyabrın 15-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İmtahanda iştirak etmək üçün 1552 namizəd qeydiyyatdan keçib. İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq. İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların keçirilməsi üçün 19 zal admini, 105 nəzarətçi və 15 buraxılış rejimi əməkdaşı ayrılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin