
Dövlət orqanlarında vakant inzibati vəzifələr üçün müsahibə elan edilir - DİM
Dövlət qulluğuna qəbul, vakansiyalar, müsabiqə və müsahibə elanlarını izləmək üçün direktor.az-a abunə olun. İmtahan və qiymətləndirmə prosesləri, dövlət qulluğu qaydalarından xəbərdar olmaq üçün bizi izləyin.
19 oktyabr 2026-cı il tarixində 9 dövlət orqanında inzibati vəzifələrin 2-3-cü təsnifatlarına uyğun olan 13 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Daxili müsahibə elan edilən vəzifələrin 4-ü inzibati vəzifələrin ikinci təsnifatına, 9-u inzibati vəzifələrin üçüncü təsnifatına aiddir. Daxili müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 2-ci təsnifatına uyğun olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Aparat rəhbərinin müavini vəzifəsidir.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Daxili müsahibə üzrə sənəd qəbulunun elektron qaydada həyata keçirilməsi vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir. Daxili müsahibədə vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları iştirak hüququna malikdir.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 19 oktyabr 2026-cı il tarixindən 2 noyabr 2026-cı il saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla - https://exidmet.dim.gov.az/dqq/Home/Login qeydiyyatdan keçməlidirlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin