
Evdə təhsilin təşkili qaydaları 77 №-li Qərar
Məktəbşünas
Müəllif
Evdə təhsilin təşkili qaydaları
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli
77 nömrəli qərarı ilə təsdiq edilmişdir)
1. “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14 maddəsinə əsasən, evdə təhsil - sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin müvafiq təhsil-müəssisəsinin pedaqoji işçiləri vasitəsilə ümumtəhsil proqramlarını evdə mənimsəməsidir.
2. Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisəsinə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlə əsasında rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyaların qərarı ilə qəbul olunurlar.
3.Çıxarılıb
4. Evdə fərdi təhsilə cəlb edilən şagirdlər məktəbə aşağıda adları qeyd olunan sənədlərə əsasən qəbul olunurlar:
məktəb direktorunun adına ərizə;
doğum haqqında şəhadətnamənin surəti;
müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb edilənlər istisna olunmaqla);
yaşayış yeri üzrə qeydiyyat haqqında arayış;
psixoloji-tibbi-pedaqoji komissiyanın göndərişi.
4-1. Evdə fərdi təhsilə cəlb edilmək üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
5. Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur.
6. Evdə təhsil ümumi təhsil pilləsinin ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsil səviyyələrindən ibarətdir.
7. Şagirdlərin evdə təhsilə qəbulu il boyu aparılır.
8. Məşğələlər bir qayda olaraq sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.
9. Dərs ili müddətində tətillər “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” əsasında verilir.
10. Evdə dərs məşğələləri ümumtəhsil proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40 dəqiqə müəyyən edilir.
11. Gündəlik dərslərin miqdarı ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində 2, ümumi orta və tam orta səviyyələrində isə 3 saatdan artıq ola bilməz.
12. Fərdi təlim planları hazırlanarkən psixoloji--tibbi-pedaqoji komissiyanın rəyinə üstünlük verilir.
13. Qanunvericiliklə müəyyən edilmiş qaydada ümumi təhsil pilləsinin ümumi orta və (və ya) tam orta təhsil səviyyəsini başa vuran məzunlara attestat verilir.
14. Evdə fərdi məşğul olan şagirdlərin dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri tərəfindən valideyn və müəllimlərlə razılaşdırılaraq direktor tərəfindən təsdiq olunur.
15. Evdə fərdi məşğul olan şagirdlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planı əsasında təhsil alırlar.
16. Evdə fərdi məşğul olan şagirdin dərs məşğələlərinə sinif rəhbəri, proqram materiallarının yerinə yetirilməsi və həmin prosesdə tətbiq edilən metodiki işə təlim-tərbiyə işi üzrə direktor müavini, bütün prosesini gedişinə isə direktor məsuliyyət daşıyır.
17. Evdə təhsil alan şagirdlərin biliyi ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd olunur. Onların sinifdən-sinfə keçirilməsi, məktəbi bitirməsi də müvafiq qaydada sinif jurnalında öz əksini tapır.
18. Evdə fərdi təhsilə cəlb olunan uşaqlar attestasiya, yekun və digər qiymətləndirmələrdən psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə azad oluna bilərlər.
19. Evdə fərdi məşğul olan şagirdlərin ev dəftəri, gündəliyi tərtib olunur. Burada müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı qiymətlər öz əksini tapır.
20. Müəllimin əmək haqqı tabelik qaydasında, Bakı şəhəri üzrə Təhsil İdarəsi və regional təhsil idarələri tərəfindən yerinə yetirilən proqram materialları əsasında təsdiq olunmuş stavkaya uyğun ödənilir. Şagirdin psixoloji inkişaf xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə baxması üçün şərait və ya fasilələr yaradılır.
21. Evdə fərdi qaydada təhsil alan şagirdlərlə işləyən pedaqoji işçinin, mütəxəssisin seçilməsində könüllülük prinsipinə əməl olunmalı, həmin kateqoriyadan olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna üstünlük verilməlidir.
22. Şagirdlərin evdə müstəqil təhsil almalarına, bədii ədəbiyyatla təmin olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə pedaqoji kollektivlər şərait yaratmalı, onların hərtərəfli inkişafına qayğı və diqqətlə yanaşmalıdırlar.
23. Məktəb rəhbərləri hər il mayın 25-dən iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin məktəblərdə və yaxud başqa məktəblərdə təhsillərini davam etdirmək üçün siyahılarını psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə təqdim etməlidirlər.
Evdə təhsil almaq hüququ verən xəstəliklərin SİYAHISI
(Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli
77 nömrəli qərarı ilə təsdiq edilmişdir)
Sıra №-si | Xəstəliklərin Beynəlxalq Təsnifatı 10-cu baxış üzrə kod | Diaqnoz | Xəstəliyin gediş xüsusiyyətləri (forması, mərhələsi, fazası, ağırlıq dərəcəsi, terapiyası) | Psixoloji-tibbi-pedaqoji komissiyanın təkrar müayinəsi |
1 | 2 | 3 | 4 | 5 |
Nevrologiya | ||||
1. | G11.0-G11.9 | İrsi ataksiya | ağır hərəkət pozuntusu | təhsilini bitirənədək |
2. | G12.1 | Digər irsi spinal əzələ atrofiyaları. Uşaqlarda proqressivləşən bulbar iflic [Fasio-Londe] Spinal əzələ atrofiyası | gənclik forması III tip (Kuqelberqvellander) ağır hərəkət pozuntusu | təhsilini bitirənədək |
3. | G24.1 | İdiopatik ailəvi distoniya | generalizə olunmuş formalar. Ağır hərəkət məhdudluğu | təhsilini bitirənədək |
4. | G40.0-G40.9 | Epilepsiya | gündüz saatlarında tez-tez təkrarlanan tutmalar | 1 il |
5. | G71.0 | Əzələ distrofiyası | ağır hərəkət pozuntusu | təhsilini bitirənədək |
6. | G71.2 | Anadangəlmə miopatiyalar | ağır hərəkət pozuntusu | təhsilini bitirənədək |
7. | G80.0-G80.9 | Serebral iflic | ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik | təhsilini bitirənədək |
8. | G81.0-G81.9 | Hemiplegiya | ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik | təhsilini bitirənədək |
9. | G82.0-G82.5 | Paraplegiya və tetraplegiya | ağır hərəkət pozuntusu (dəstəksiz hərəkət edə bilmir). Özünə qulluq etməkdə çətinlik | təhsilini bitirənədək |
Pediatriya | ||||
10. |
K50.0-K50.9 | Kron xəstəliyi (regional enterit) | ağır forma, residiv verən gedişlə, nazik və yoğun bağırsağın morfofunksional çatışmazlığı, çəkinin itirilməsi ilə |
2 il |
11. | K74.0-K74.6 | Qaraciyərin fibrozu və sirrozu |
| 2 il |
12. | E84.0-E84.9 | Kistik-fibroz | mukovissidoz. Ağciyər və bağırsaqların morfo-funksional çatışmazlığı ilə nəticələnən vəziyyət | təhsilini bitirənədək
|
13. | E76.2 | Digər mukopolisaxa-ridozlar | lizosomal toplanma xəstəlikləri (mukopolisa-xaridozlar IV və VI tip). Cırtdanboyluluq, spon-diloepifizar displaziya, aktiv hərəkətlərin məhdudluğu | Təhsilini bitirənədək |
14. | B20.1-B24 | İnsan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəlik | IV mərhələ, xəstəliyin ağır təzahürlərinin mövcudluğu ilə (vərəm infeksiyası istisna olmaqla) | 1 il |
15. | D82.0 | Viskot Oldriç sindromu | atopik dermatit, hemorragik sindrom, B və T limfositlərin defisiti və s. | təhsilini bitirənədək |
16. | Z94.0-Z94.9 | Transplantasiya olunmuş orqan və toxumaların olması | davamlı hormonal və immunospressiv terapiya | 1 il |
Hematologiya | ||||
17. | D56.0 | Alfa-talassemiya | ağır gedişli | 1 il |
18. | D56.1 | Beta-talassemiya | ağır formalı (böyük və aralıq) | 1 il |
19. | D56.8 | Digər talassemiyalar | ağır gedişli drepanotalassemiya | 1 il |
20. | D58.9 | Dəqiqləşdirilməmiş irsi hemolitik anemiya | ağır gedişli | 1 il |
21. | D59.1 | Digər autoimmun hemolitik anemiyalar | ağır forma, tez-tez krizlərlə müşahidə olunan, splenektomiyadan sonrakı vəziyyət | 1 il |
22. | D61.0 | Konstitusional aplastik anemiya | ağır gedişli, somatik ağırlaşmalar | təhsilini bitirənədək |
23. | D66 | VIII amilin irsi çatışmazlığı | ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti | 2 il |
24. | D67 | IX amilin irsi çatışmazlığı | ağır gedişli, hemorragik sindrom, hərəkət məhdudiyyəti | 2 il |
25. | D69.1 | Trombositlərin keyfiyyət qüsurları, Bernar-Sulye (nəhəng trombositlər) sindromu, Qlansman trombasteniyası | ağır gedişli, hemorragik sindrom | 2 il |
26. | D69.3 | İdiopatik trombosito-penik purpura | xroniki gedişli, tez-tez residiv verən, hemorragik sindrom | 1 il |
Endokrinologiya | ||||
27. | E10.0 | İnsulindən asılı şəkərli diabet, koma ilə | bazis-bolyus terapiya, ağır forması gündə 3 dəfə, yaxud daha çox insulin inyeksiyası | təhsilini bitirənədək |
Allerqologiya | ||||
28. | J45.0 | Allergik komponentin üstünlüyü ilə müşahidə olunan bronxial astma; xronik respirator çatış-mazlıq | ağır gedişli, atopik forma, tez-tez residiv verən. II dərəcəli tənəffüs çatışmazlığı. Davamlı bazis terapiya | 1 il |
Cərrahiyə | ||||
29. | K63.2 | Bağırsaq fistulu | mədə-bağırsaq traktında aparılan ağır cərrahi əməliyyatlardan sonra yaranan | 1 il |
30. | Q42.2-Q42.3 | Anal dəliyinin anadangəlmə olmaması, atreziyası və fistul ilə stenozu | kolostomiya sonrası yaranan disfunksiyalar | 1 il |
31. | T90 | Başın travmalarının nəticələri | baş beyində aparılan böyük sümük defekti ilə ağır cərrahi əməliyyatlar | 1 il |
32. | Z96.7 | Digər sümüklərin və vətərlərin implantlarının olması (kəllə plastikası) | baş beyində aparılan ağır cərrahi əməliyyatlar | 1 il |
33. | R15 | Nəcisi saxlaya bilməmək | anal sfinkterin III-IV dərəcəli çatışmazlığı, əməliyyatlardan sonrakı vəziyyət | 1 il |
34. | T92.6 | Yuxarı ətrafın travmatik amputasiyasının nəticələri | reabilitasiya dövründə (protezə adaptasiya) | 1 il |
35. | T93.6 | Aşağı ətrafın travmatik amputasiyasının nəticəsi | reabilitasiya dövründə (protezə adaptasiya) | 1 il |
36. | Z89.0-Z89.9 | Ətrafın olmaması | reabilitasiya dövründə (protezə adaptasiya) | 1 il |
37. | Q65.0-Q65.9 | Budun anadangəlmə deformasiyaları | əməliyyatdan sonrakı fiksasiya dövrü | 1 il |
Dermatologiya | ||||
38. | L20.8 | Digər atopik dermatitlər | ağır dərəcəli və ya uzun müddət (bir aydan artıq) immunosupressiv terapiya alan xəstələr | 6 ay |
39. | L40.1 | Generalizə olunmuş pustulyoz psoriaz |
| 6 ay |
40. | L40.5 | Artropatik psoriaz | kəskin | 1 il |
41. | L28.2 | Herb pruriqosu |
| 6 ay |
42. | L13.0 | Herpesə bənzər dermatit. Dürinq xəstəliyi | kəskinləşmə dövründə | 1 il |
43. | Q80.3 | Anadangəlmə bullyoz ixtiozşəkilli eritrodermiya |
| təhsilini bitirənədək |
44. | Q81.2 | Distrofik bullyoz epidermoliz |
| təhsilini bitirənədək |
45. | E83.2 | Sink mübadiləsinin pozuntusu, enteropatik akrodermatit | ağır formalı | 6 ay |
46. | L93.0 | Diskşəkilli qırmızı qurd eşənəyi | kəskin | 1 il |
47. | L94.0 | Lokal sklerodermiya | kəskin | 1 il |
48. | Q82.1 | Piqment kserodermiyası |
| 1 il |
Kardiologiya | ||||
49. | I01.0-I01.9 | Ürəyin cəlb olunması ilə müşahidə olunan revmatik qızdırma | tez-tez residivləşən aktiv fazada olan revmatizm. Ürək çatış-mazlığı ilə II-III dərəcə | 1 il |
50. | I02.0-I02.9 | Revmatik xoreya | ağır forma, davamlı kontrol edilməyən davranış (hiperkinezlər, koordinasion hərəkət pozuntusu, psixi dəyişikliklər) | 1 il |
51. | I10 | Essensial (birincili) hipertenziya | ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya | 1 il |
52. | I11.0-I11.9 | Ürəyin hipertenziv xəstəliyi | ürək və digər orqanların çatışmazlığı ilə müşayiət olunan bədxassəli hipertenziya II-III dərəcə | 1 il |
53. | I33.0 | Kəskin və yarımkəskin infeksion endokardit | ürək çatışmazlığı, II-III dərəcə | 1 il |
54. | I34.1 | Mitral qapağın düş-məsi (prolapsı) | ürək çatışmazlığı, II-III dərəcə | 1 il |
55. | I40.0 | İnfeksion miokardit | ürək çatışmazlığı, II-III dərəcə | 1 il |
56. | I42.0-I42.9 | Kardiomiopatiya | ürək çatışmazlığı, II-III dərəcə | 3 il |
57. | I44.1-I44.2 | İkinci dərəcəli, yaxud tam qulaqcıq-mədəcik (atrioventrikulyar) blokadası | ürək çatışmazlığı, II-III dərəcə | 1 il |
58. | I47.0-I47.9 | Paroksizmal taxikardiya | ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan | 1 il |
59. | I48 | Qulaqcıqların fibril-yasiyası və titrəməsi | ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan | 1 il |
60. | I49.0 | Mədəciklərin fibrilyasiyası və titrəməsi | ürək vurğularının sayı 50-dən aşağı, tez-tez tutmalarla müşahidə olunan | 1 il |
61. | I50.0-I50.9 | Ürək çatışmazlığı | ürək çatışmazlığı, II-III dərəcə | 1 il |
62. | I51.8 | Digər dəqiq göstərilməmiş ürək xəstəlikləri | pankardit, ürək çatış-mazlığı, II-III dərəcə | 1 il |
63. | Q20-Q28 | Qаn dövrаnı sistеminin аnаdаngəlmə аnоmаliyаlаrı (inkişaf qüsurlаrı) | ürək çatışmazlığı, II-III dərəcə, septik fəsadlar olmaqla, kiçik və böyük qan dövranı pozuntusu | 1 il |
64. | M05.3 | Digər orqan və sistemlərin cəlb olunması ilə müşayiət edilən revmotoid artrit | hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu | 3 il |
65. | M08.0-M08.9 | Gənclik (yuvenil) artriti | hərəkətin məhdudlaşması, oynaqların kobud morfofunksional pozuntusu, poliorqan zədələn-məsi ilə (uveit, qlomerulonefrit, hepatosplenomeqaliya və s.) | 1 il |
66. | M32.1; M32.8; M32.9 | Sistem qırmızı qurdeşənəyi | fasiləsiz resedivləşən gediş, yüksək fəallıq, tez-tez təkrarlanan poliorqan krizlər ilə | təhsilini bitirənədək |
67. | M33.0-M33.9 | Dermatopolimiozit | fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri
| 2 il |
68. | M.34.0-M34.9 | Sistemli skleroz | fasiləsiz resedivləşən gediş, dayaq hərəkət sisteminin yüksək funksional pozuntusu və prosesin daxili orqanlara təsiri | 2 il |
Nefrologiya | ||||
69. | N00.0-N00.9 | Yumаqcıq xəstəlikləri, kəskin nefritik sindrom | ağır gedişli, arterial hipertoniya, oliquriya, hematuriya, azotemiya. Bazis terapiyası, ağırlı-ğından asılı olaraq hormonal terapiyanın qoşulması, 3-6 ay ərzində | 6 ay |
70. | N03.0-N03.9 | Xroniki nefritik sindromu | xronik gedişli, uzun-müddətli hormonal və immunosupressiv tera-piya | 1 il |
71. | N04.0-N04.9 | Nefrotik sindrom | kəskin və xroniki qlomerulonefrit nefrotik sindromla, Ödem sindromu, oliquriya, hormonal terapiya. 6 ay və xəstəliyin daha uzun gedişatından asılı olaraq | 1 il |
72. | N11.0-N11.9 | Xroniki tubulointerstisial nefrit | tez-tez residivləşən, dizuriya, davamlı leykosituriya, sidikqaçırtma. Uzunmüddətli antiresidiv terapiya | 1 il |
73. | N17.0-N17.9 | Kəskin böyrək çatışmazlığı | azotemiya, anemiya, hipertoniya, anuriya, hemodializ | 6 ay |
74. | N18.0-N18.9 | Xroniki böyrək xəstəliyi | uremiya, hipertoniya, anemiya, poliuriya, davamlı hemodializ | 1 il |
75. | Z94.0 | Transplantasiya olunmuş böyrəyin olması | uzunmüddətli nəzarət, davamlı hormonal və inmmunosupressiv terapiya | 1 il |
Onkologiya | ||||
76. | C00-C97 | Bədxassəli şişlər | uzun müddət immunosupressiv terapiyanın (kimyəvi-dərman, şüa və başqa növ terapiyalar) istifadə olun-duğu halda (1 aydan çox müddətdə) və bu müalicənin istifadəsi ilə bağlı yan təsirlərin (fəsadların) və arzu-olunmaz reaksiyaların olduğu hallarda, transplantasiyadan sonrakı vəziyyətdə | 1 il |
Travmatologiya və ortopediya | ||||
77. | S72.0-S72.9 | Bud sümüyünün sınığı | immobilizasiya müddətində | 6 ay |
78. | S82.0-S82.9 | Aşıq-baldır oynağı da daxil olmaqla, baldır sümüklərinin sınığı | immobilizasiya müddətində | 6 ay |
79. | S92.0-S92.9 | Aşıq-baldır oynağı sınığı istisna olmaqla, ayağın sınığı | immobilizasiya müddətində | 4 ay |
80. | Q66.0-Q66.9 | Pəncənin anadangəlmə deformasiyaları | ağır formalı (ortopedik ayaqqabı ilə korreksiya olunmayan); cərrahi müdaxilədən sonra immobilizasiya müddətində | 1 il |
81. | Q72.0 | Aşağı ətrafın (ətrafların) anadangəlmə tam olmaması | protezləşmə və digər köməkçi vasitələrlə hərəkət etmək mümkün olmadıqda | təhsilini bitirənədək |
82. | Q77.0-Q77.9 | Onurğanın və borulu sümüklərin böyümə defekti ilə osteoxon-drodisplaziyası | köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində | 1 il |
83. | Q78.0 | Natamam osteogenez, sümüklərin anadangəlmə kövrəkliyi, osteopsatiroz | köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində | 1 il |
84. | Q78.8 | Digər dəqiqləşdirilmiş osteoxondrodisplaziyalar | köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində | 1 il |
85. | Q78.9 | Dəqiqləşdirilməmiş osteoxondrodisplaziya | köməkçi vasitələrlə belə hərəkət etmək mümkün olmadıqda; cərrahi müdaxilədən sonra immobilizasiya müddətində | 1 il |
86. | M91.1 | Bud sümüyü başının yuvenil osteoxondrozu (Leq-Kalve-Pertes) | müalicə müddətində | 1 il |
87. | M86.0-M86.9 | Osteomielit | müalicə və immobilizasiya müddətində | 6 ay |
88. | M41.0-M41.9 | Skolioz | ağır formalı III-IV dərəcəli, ağrı simptomu ilə. Cərrahi müalicə zamanı | 6 ay |
89. | A18.0 | Sümük və oynaqların vərəmi | müalicə və immobili-zasiya müddətində | 6 ay |
90. | T20-T32 | Termiki və kimyəvi yаnıqlаr | III-IV dərəcəli müalicə müddətində və sərbəst hərəkətə mane olan aşağı ətrafların kelloid toxumaları əmələ gəldikdə (cərrahi əməliyyatla aradan qaldırılana qədər) | 6 ay |
Psixiatriya | ||||
91. | F20.6 | Şizofreniyanın sadə tipi | kəskinləşmə mərhələ-sində, qeyri-adekvat davranış | 1 il |
92. | F48.0 | Nevrasteniya | ağır formalı | 1 il |
93. | F90.1 | Hiperkinetik davranış pozuntusu | ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu. Dissosial davranışın olması | 1 il |
94. | F93.1 | Uşaq yaşında fobik həyəcan pozuntusu | ağır formalı, panik atakın olması | 1 il |
95. | F95.2 | Vokalizmlərin və çox-saylı motor tiklərinin kombinasiyası | turetta sindromu | 1 il |
96. | F98.0 | Qeyri-üzvi mənşəli enurez | gündüz | 1 il |
97. | F98.1 | Qeyri-üzvi mənşəli enkoprez | gündüz | 1 il |
Psixiatriya Sağlamlıq imkanları məhdud (əqli gerilik) şəxslər üçün tədris proqramı ilə evdə təhsilin təşkili | ||||
98. | F02.8 | Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya | epilepsiya, əqli geriliyin səviyyəsi (İQ) 50-dən aşağı olmadıqda | 1 il |
99. | F70.1 | Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu | ağır formalı, davamlı və impulsiv olan davranış pozuntusu | 1 il |
100. | F70.0 | Yüngül dərəcəli əqli gerilik | a) gündüz enurezi və enkoprezi; b) dayaq-hərəkət aparatının ağır pozuntusu (serebral iflicin ağır forması) | 1 il |
Müəllif
Məktəbşünas
Bilik və təcrübə paylaşan məzmun yaradıcısı.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin