
Fiziki fənni üzrə imtahan keçiriləcək- Təhsil İnstitutu
Seçim imtahanları, iştirak meyarları və istedadlı şagirdlərin növbəti hazırlıq mərhələsinə cəlb olunması qaydaları barədə məlumatları saytımızdan əldə edin. Fənn olimpiadaları qaliblərinin aşkarlanmasını, şagirdlərin dəqiq elmlər üzrə potensialının inkişafını və beynəlxalq yarışlara hazırlıq prosesini izləmək üçün direktor.az-a abunə olun.
Oktyabrın 11-də Təhsil Texnologiyaları Mərkəzində fizika fənni üzrə seçim imtahanı keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. İmtahanın nəticələrinə əsasən bu fənn üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.
İmtahanda aşağıdakı meyarlara uyğun şagirdlər iştirak edə bilərlər:
- 9-cu sinifdə təhsil alan və 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının final turunda iştirak etmiş şagirdlər;
- 9-cu sinifdə təhsil alan və 2024–2025-ci tədris ili üzrə Respublika Fənn Müsabiqəsinin qalibləri;
- 10-cu və ya 11-ci sinifdə təhsil alan və 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının qalibləri.
İmtahan 11 oktyabr 2026-cı il
saat 10:00-da başlayacaq. İştirakçıların ən gec saat 09:30-da imtahan mərkəzində olmaları xahiş olunur. Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.
Ünvan: Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 109
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin