
ADPU tələbələri Litvada təhsil almaq imkanı qazanır
İkitərəfli əməkdaşlıqlar çərçivəsində tələbələrə təqdim olunan ödənişsiz xaricdə təhsil və beynəlxalq mübadilə fürsəti barədə məlumatları saytımızdan əldə edin. Müəllimlərin qlobal akademik təcrübə qazanmasını, tələbə mübadiləsi proqramlarını və universitetlərarası beynəlxalq əlaqələri izləmək üçün direktor.az-a abunə olun.
Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Litvanın Vytautas Magnus Universiteti arasındakı ikitərəfli əməkdaşlıq çərçivəsində tələbələr üçün növbəti xaricdə təhsil fürsəti yaradılıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Razılaşmaya əsasən, 2026/2027-ci tədris ilinin yaz semestrində iki nəfər tələbə müsabiqə yolu ilə seçilərək Litvada mübadilə proqramında iştirak hüququ əldə edəcək.
Proqrama bakalavriat səviyyəsinin II, III və IV kurs tələbələri və magistrantlar qoşula bilər. Əsas tələblərdən biri namizədlərin ingilis dili biliyinin ən azı B2 səviyyəsində olmasıdır. Seçim Filologiya, Pedaqogika, İbtidai təhsil, Məktəbəqədər təhsil, Riyaziyyat, İnformatika, Fizika, Kimya, Biologiya, Tarix, Coğrafiya, Psixologiya, Sosial iş və Musiqi istiqamətləri üzrə təhsil alan tələbələr üçün açıqdır.
Proqram çərçivəsində tələbələr həm müraciət, həm də təhsil haqqından tam azaddırlar. Səfər (gediş-dönüş) və yaşayış xərcləri isə tələbənin öz öhdəliyində olacaq. Qeyd olunur ki, Litvada aylıq fərdi yaşayış xərcləri təqribən 500–700 avro arasında dəyişir.
Son müraciət tarixi: 7 oktyabr 2026-cı il
Müsahibə mərhələsinin başlanması: 9 oktyabr 2026-cı il
Maraqlanan tələbələr ətraflı məlumat və müraciət üçün universitetin Beynəlxalq Əlaqələr Şöbəsi ilə əlaqə saxlaya bilərlər:
E-poçt: international@adpu.edu.az
Telefon: (+994 12) 493-48-16
Ünvan: ADPU-nun əsas korpusu, 313-cü otaq
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin