
OYU-da kafedra iclası keçirilib
Ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafına dair məlumatlar üçün direktor.az-ı izləyin. Təhsil həyatındakı yeniliklərdən, elmi seminarlardan və qabaqcıl akademik təcrübələrdən xəbərdar olmaq üçün saytımıza abunə olun.
Odlar Yurdu Universitetinin Riyaziyyat və İnformatika kafedrasının 2026/2027-ci tədris ili üzrə ilk iclası baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. İclasda kafedranın cari akademik fəaliyyəti, tədrisin keyfiyyətinin yüksəldilməsi və elmi-tədqiqat potensialının artırılması ilə bağlı məsələlər atrafında müzakirələr aparılıb.
İclasın gündəliyinə uyğun olaraq eyni fənlər üzrə ortaq sillabusların formalaşdırılması və fənn proqramlarının mövcud vəziyyəti təhlil edilib. Test banklarının yenilənməsi, son 3 ilin suallarının təkrar nəzərdən keçirilməsi, test tapşırıqlarında distraktorların diqqətlə analiz olunması tapşırılıb. Eyni zamanda, pilot layihə çərçivəsində kafedraya aid 3 fənn üzrə yazılı imtahan formasına keçid planlaşdırılıb.
Oktyabr ayından başlayaraq kafedra müəllimlərinin elmi seminarlarının təşkili nəzərdə tutulur. İclasda Biznes riyaziyyatı, Statistika və Ekonometrika fənlərini tədris edən profilli müəllimlər üçün MS Excel, SPSS, STATA və Eviews proqramları üzrə ixtisasartırma təlimlərinin təşkili qərara alınıb.
Sonda bildirilib ki, tədris prosesinin keyfiyyətini artırmaq məqsədilə dərs dinləmələrinin aparılması və hər bir müəllimin nəticəyə əsaslanan illik fərdi fəaliyyət planının hazırlanması təmin ediləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin