
Gəncə-Daşkəsən məktəblərində inklüziv siniflərdə monitorinqlərə başlanılıb
Məktəblərdə inklüziv təhsilin inkişafına yönəlmiş tədbirləri, fərdi təlim proqramlarının icrasını izləmək üçün direktor.az-a abunə olun. Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin inteqrasiyası, monitorinqlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Psixoloji-Tibbi-Pedaqoji Komissiyanın (PTPK) üzvləri regionun ümumtəhsil məktəblərində təşkil olunmuş inklüziv və xüsusi siniflərdə növbəti monitorinqlərə start verib.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən RTİ-dən bildirilib. Monitorinqlərin keçirilməsində əsas məqsəd xüsusi təhsilə cəlb olunmuş hər bir şagirdin fərdi inkişaf dinamikasını yerində qiymətləndirmək, mövcud təlim mühitinin uşaqların ehtiyaclarına uyğunluğunu yoxlamaq və onlara göstərilən dəstəyi gücləndirməkdir.
Yoxlamalar çərçivəsində mütəxəssislər tərəfindən uşaqların sinfə adaptasiyası, fərdi təlim planlarının tətbiqi vəziyyəti, həmçinin psixoloji və sosial-emosional inkişaf göstəriciləri diqqətlə izlənilir. Eyni zamanda inklüziv və xüsusi siniflərdə dərs deyən müəllimlərin, eləcə də dəstəkçi mütəxəssislərin metodiki fəaliyyəti nəzərdən keçirilir və təlim şəraitinin şagirdlərin xüsusi ehtiyaclarına tam cavab verməsi təmin edilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

