
UNEC ilə Mərakeş və İordaniya universitetləri arasında əməkdaşlıq
Universitetlərinin beynəlxalq əlaqələrini, qlobal tərəfdaşlıq təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil müəssisələrindəki akademik yeniliklər, rektorların qlobal müzakirələrindən məlumatlı olmaq üçün bizi izləyin.
UNEC ilə Mərakeş və İordaniya universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. UNEC rektoru professor Ədalət Muradov Mərakeş Krallığında THE Ərəb Universitetləri Sammitində iştirak edir.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sammitin ikinci günündə rektor “Dayanıqlı İnkişaf Məqsədlərinin institusional strategiyaya, idarəetməyə və maliyyələşməyə inteqrasiyası” və “Ali təhsilin növbəti onilliyi: Yeni nəsil tələbələrin inkişafına dəstək” mövzularında panel müzakirələrdə iştirak edib. Rektorların “Resurs məhdudiyyətləri şəraitində təhsil sisteminin əmək bazarının tələblərinə uyğunlaşdırılması” mövzusunda qapalı dəyirmi masada iştirak edib. Həmçinin universitet idarəçiliyində süni intellektin tənzimlənməsi, rəhbərlərin qərarvermə səlahiyyətləri, hesabatlılıq və təhlükəsizlik mexanizmlərinə həsr olunan müzakirələrə qatılıb.
Səfər çərçivəsində UNEC ilə Mərakeşin 90 mindən çox tələbəsi olan İbn Tofail Universiteti və İordaniyanın Al-Ahliyya Amman Universiteti arasında əməkdaşlıq memorandumları imzalanıb.
UNEC rektoru Mərakeşin Mohammed VI Politexnik Universiteti (UM6P) ilə də tanış olub. Tanışlıq zamanı universitetin idarəetmə modeli, maliyyələşmə mexanizmləri, tədqiqat institutlarının fəaliyyəti, professor-müəllim heyətinin formalaşdırılması, sənaye ilə əməkdaşlıq və tələbə sahibkarlığının təşviqi təcrübəsi əsas diqqət mərkəzində olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

