
İdman Akademiyası ilə Kembric Univerviteti tərəfdaşlıq edir
Azərbaycan İdman Akademiyası (ASA) ilə Kembric Universiteti arasında akademik heyətin təkmilləşdirilməsi və müasir tədris metodlarının tətbiqi istiqamətində genişlənən tərəfdaşlıq xəbərlərindən anında xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Beynəlxalq təhsil əməkdaşlığı, akademik yeniliklər və rəsmi xəbərlərdən xəbərsiz qalmamaq üçün bildirişləri aktiv edin.
Azərbaycan İdman Akademiyası Kembric Universiteti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan İdman Akademiyasının (ASA) rektoru Fuad Hacıyev Kembric Universitetinin təhsil ekspertləri Ceyms Bidl və Dr. Reyçel Cefferson ilə görüş keçirib.
Görüşdə rektor qeyd edib ki, Kembric Universiteti ilə qurulan tərəfdaşlıq akademik heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də müasir tədris metodlarının mənimsənilməsinə və tətbiqinə böyük imkanlar yaradır. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və Akademiyanı bitirən məzunların xarici əmək bazarında rəqabətqabiliyyətli kadr kimi çıxış etməsi bu əlaqələrin strateji önəmini daha da artırır.
Kembric Universitetinin nümayəndələri öz növbəsində birgə əməkdaşlığı yüksək dəyərləndirərək göstərilən diqqət və dəvətə görə ASA rəhbərliyinə minnatdarlıqlarını bildiriblər.
Danışıqların sonunda təhsil sistemindəki islahatları və yenilikləri uğurla davam etdirmək məqsədilə iki ali təhsil müəssisəsi arasında tərəfdaşlığın gələcəkdə də sürətləndirilməsi qərara alınıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin