
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri tələbələrlə görüşüb
Zəngilan rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlarla keçirilən təntənəli görüş və gənclərə təqdim olunan xatirə hədiyyələri haqqında xəbərlərdən anında xəbərdar olmaq üçün direktor.az- a abunə olun. Məktəblərdəki inkişaf proseslərini, rəsmi tədbirləri və təhsil gündəmindəki son xəbərləri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunları ilə təntənəli görüş təşkil olunub. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb direktorları və tələbə adını qazanmış gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, bu göstəricinin həm məzunlar, həm də Zəngilanın təhsil ictimaiyyəti üçün böyük fəxarət mənbəyi olduğunu vurğulayıb. İcra başçısı tələbələrin ali təhsil illərində də uğurlar qazanacaqlarına inamını ifade edərək, qazanılan bilik və bacarıqların ölkəmizin inkişafına yönəldilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov məzunların əldə etdiyi yüksək nəticələri ölkədə həyata keçirilən məqsədyönlü təhsil siyasətinin mühüm göstəricisi kimi qiymətləndirib və gənclərin gələcək nailiyyətlərinin də hər zaman qürurla izləniləcəyini bildirib.
Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev isə məruzəsində qeyd edib ki, əldə olunan bu uğurlar məzunların əzmkarlığının, müəllim heyətinin fədakar əməyinin və valideyn dəstəyinin birgə bəhrəsidir. O, gənclərə daim öz üzerlərində çalışmağı və qarşılarına böyük hədəflər qoymağı tövsiyə edib.
Görüşün sonunda ali məktəblərə qəbul olunaraq yüksək bal toplayan məzunlara xatirə hədiyyələri təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin