
İdman Akademiyasının həmtəşkilatçılığı ilə Türkiyədə konqres keçirilib
Ali təhsil müəssisələrimizin xaricdəki təmsilini, qlobal akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
19–21 noyabr 2026-cı il tarixlərində Türkiyənin Ordu şəhərində Azərbaycan İdman Akademiyasının (ASA) həmtəşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Məşq və İdman Elmləri Konqresi başa çatıb.
Direktor.az xəbər verir ki, bu barədə İdman Akademiyasından bildirilib. ASA-nın 60 nəfər nümayəndəsinin də qatıldığı konqresdə ümumilikdə müxtəlif ölkələrdən 300-ə yaxın alim, tədqiqatçı, mütəxəssis və tələbə iştirak edib. Akademiya nümayəndələrindən 7-si konqresə əyani, 53-ü isə onlayn formatda qatılıb.
Üç gün davam edən konqresdə idman elmlərinin müxtəlif istiqamətləri üzrə elmi məruzələr təqdim olunub, aktual tədqiqat mövzuları müzakirə edilib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
