
İdman Akademiyasının müəllimi beynəlxalq təlimdə iştirak edib
Keçirilən beynəlxalq təlim-seminar, mütəxəssislərin peşəkar bilikləri və ifaçılıq ustalığının artırılması haqqında yeniliklər üçün direktor.az-a abunə olun. İdmançılar, məşqçilər və hakim heyəti üçün təşkil olunan peşəkar layihələri, təlim proqramlarını qaçırmamaq üçün bildirişləri aktiv edin.
Azərbaycan İdman Rəqsləri Federasiyası beynəlxalq seminar təşkil edib.
Direktor.az xəbər verir ki, bu barədə İdman Akademiyası məlumat paylaşıb.
Azərbaycan İdman Rəqsləri Federasiyasının təşkilatçılığı ilə idmançılar, məşqçilər və hakim heyəti üçün Latın Amerikası rəqsləri üzrə beynəlxalq təlim-seminar keçirilib.
Mütəxəssislərin peşəkar biliklərinin artırılması, texniki hazırlığının gücləndirilməsi və ifaçılıq ustalığının daha da yüksəldilməsi məqsədi daşıyan tədbirə ümumilikdə 50 nəfər qatılıb. Təlim iştirakçıları sırasında Azərbaycan İdman Akademiyasının Komanda idman növləri kafedrasının gimnastika müəllimi Günel Eyvazlı da yer alıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin