
Şamaxının bir kəndindən 3 qız Hərbi İnstituta qəbul olub
Heydər Əliyev adına Hərbi İnstituta qəbul nəticələri və uğur hekayələrindən məlumatlı olmaq üçün direktor.az-a abunə olun. Hərbi təhsil sahəsindəki tarixi anları, rəsmi elanları və təhsil gündəmindəki bütün qürurverici xəbərləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda birinci kurs kursantlarının təntənəli andiçmə mərasimi baş tutub. Vətənə sədaqət andı içənlərin sırasında cari tədris ilində ali hərbi məktəbə qəbul olmuş Şamaxı rayonunun Göylər kəndindən olan üç xanım kursant da yer alıb.
Direktor.az xəbər verir ki, bu barədə Göylər kəndinin sosial şəbəkə
səhifəsində məlumat paylaşılıb. Dövlət İmtahan Mərkəzinin elan etdiyi tələbə qəbulu nəticələrinə əsasən, Göylər kənd 1 nömrəli tam orta məktəbin builki üç məzunu yüksək balla Hərbi İnstitutun kursantı adını qazanıb:
Fatimə Toğrul qızı Salahova – 420 bal, beynəlxalq münasibətlər ixtisası (dövlət sifarişi);
Ayan Əfqan qızı Alıyeva – 412 bal, beynəlxalq münasibətlər ixtisası (dövlət sifarişi);
Xumar Şıxməmməd qızı Sayadova – 355 bal, beynəlxalq münasibətlər ixtisası (dövlət sifarişi).
Bir kənd məktəbini eyni ildə bitirən üç məktəbli qızın eyni vaxtda hərbi təyinatlı ali təhsil müəssisəsinə və eyni ixtisasa qəbul olunması yerli sakinlər və ictimaiyyət tərəfindən nadir, qürurverici hadisə kimi dəyərləndirilir.
Məlumat üçün bildirək ki, Milli Müdafiə Universiteti Azərbaycan Respublikası Prezidentinin 5 mart 2022-ci il tarixli Fərmanı ilə təsis edilib. Həmin fərmana əsasən, Heydər Əliyev adına Ali Hərbi Məktəbin bazasında Heydər Əliyev adına Hərbi İnstitut formalaşdırılaraq universitetin tabeliyinə verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin