
İşğaldan azad edilən ərazilərdə 611 nəfər peşə təlimlərinə cəlb olunub
Peşə təhsili müəssisələrində yeni ixtisaslar üzrə kadr hazırlığı, və ölkəmizin maarif-təhsil sistemindəki hadisələri izləmək üçün direktor.az-a abunə olun. İşğaldan azad olunmuş torpaqlarımızda məşğulluğun bərpası, peşə təlimlərindən xəbərdar olmaq üçün bizi izləyin.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində keçirilən qısamüddətli təlimlər yekunlaşıb.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. Təlimlərin əsas məqsədi Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin kvalifikasiyalarının artırılması yolu ilə davamlı məşğulluğunun təmin edilməsi olub.
Proqram çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2026-cı ildə 611 nəfər qısamüddətli təlimlərə cəlb edilib. Təlimlər Bakı şəhəri və regionlarda yerləşən 6 peşə təhsili müəssisəsində 21 ixtisas üzrə təşkil olunub. Dövlət Proqramı çərçivəsində ümumilikdə 6806 nəfər qısamüddətli təlimlərdə iştirak edib və bu göstərici üzrə Tədbirlər Planında nəzərdə tutulan hədəf 136 faiz icra edilib. Təlimləri uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

