
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində ixtisasartırma təlimləri keçirilib
Peşə təhsilində müasir texnologiyaların tətbiqi, müəllimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrində praktiki təlimlər, sertifikatlaşdırma təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müəyyən edilmiş, “SIMOORG ACADEMY” MMC-nin təlimçi qismində iştirak etdiyi “Dərzi” və “Geyim üzrə dizayner” ixtisasları üzrə ixtisasartırma təlimi təşkil olunub.
Direktor.az xəbər verir ki, təlimin əsas məqsədi peşə təhsili müəssisələrində geyim dizaynı və konstruksiyası fənlərini tədris edən müəllimlərin peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, praktik vərdişlərini təkmilləşdirmək və müasir tikiş texnologiyalarının tətbiqinə dəstək göstərmək olub. Üç gün davam edən təlim müddətində iştirakçılar təhlükəsizlik qaydaları, bədən ölçülərinin götürülməsi, ətək konstruksiyasının hazırlanması, parçanın biçilməsi, tikiş və ütüləmə üsulları üzrə nəzəri və praktiki biliklər əldə ediblər. Təlim proqramını uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

