
AzMİU-da l kurs tələbələri ilə görüş keçirilib
Gənclərin akademik uğurları, ali təhsil müəssisələrimizdə həyata keçirilən elmi araşdırmaları izləmək üçün direktor.az-a abunə olun. Tələbələrimizin nailiyyətləri, universitet tədbirlərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın Su təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri fakültəsinin I kurs tələbələri ilə görüşü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüş zamanı tələbələrin universitet həyatına uyğunlaşması, tədris prosesi, qarşılaşdıqları çətinliklər və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tələbələrin sualları dinlənilib, onların təklif və fikirlərinə münasibət bildirilib.
Görüşün əsas məqsədi birinci kurs tələbələrinin universitet mühitinə daha rahat uyğunlaşmasına dəstək olmaq, onların akademik inkişafı və tələbə həyatı ilə bağlı məsələlərə diqqət yetirmək olub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

