
Təhsil İnstitutu şagird, valideyn və müəllimlərlə görüşlər keçirib
Məktəblilərin informasiya təhlükəsizliyinin təmin edilməsi, valideyn-müəllim əməkdaşlığını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrimizdəki qabaqlayıcı tədbirlər, rəqəmsal maarifləndirmə layihələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin təşkilatçılığı ilə “İbtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunması” mövzusunda şagirdlər, müəllimlər və valideynlərlə növbəti maarifləndirici görüşlər Bakı şəhərindəki 160 nömrəli Klassik Gimnaziyada keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. Görüşdə Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, professor İntiqam Cəbrayılov, böyük elmi işçilər Könül Mikayılova, Mətanət Qurbanova və elmi işçi Gülnarə Şahmuradova mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Tədbirdə ibtidai sinif şagirdlərinin rəqəmsal mühitdə zərərli məzmun və təhlükələrdən qorunmasında valideynlərin roluna xüsusi diqqət yetirilib və onlara tövsiyələr verilib. Eyni zamanda, şagirdlərə internetdə şəxsi məlumatların qorunması, zərərli və şübhə doğuran məzmunlardan uzaq durulması, kiberzorakılıq və digər mövzularda geniş məlumat verilib.
Görüşlərdə dünya ölkələrinin təcrübəsindən nümunələr də təqdim edilib və problemlə bağlı fikir mübadiləsi aparılıb
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

