
İsrail təhsil nümayəndə heyəti BDU-da səfərdə olub
Xarici nümayəndə heyətinin Bakı Dövlət Universitetinə səfəri, rəqəmsal təhsil imkanları haqqında məlumatlar üçüb direktor.az-a abunə olun. Beynəlxalq akademik əlaqələrdən, təhsil gündəmindəki vacib xəbərlərdən vaxtında məlumat almaq üçün bildirişləri aktiv edin.
İsrailin ali təhsil nümayəndə heyəti BDU-da süni intellekt və rəqəmsal təhsil imkanlarını müzakirə edib.
İsrailin Kaye Akademik Təhsil Kollecinin nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) işgüzar səfərdə olub. Səfər çərçivəsində təhsil müəssisələri arasında tədrisdə qabaqcıl texnologiyaların rolu, rəqəmsal transformasiya prosesləri və müasir pedaqoji yanaşmalara dair silsilə görüşlər keçirilib.
Müzakirələr zamanı BDU-da süni intellekt istiqamətində həyata keçirilən yeniliklər, xüsusilə yeni təsis edilmiş Süni intellekt etikası kafedrasının fəaliyyəti və qarşıya qoyduğu prioritet vəzifələr qonaqların diqqətinə çatdırılıb. Tərəflər süni intellekt texnologiyalarının ali məktəblərdə tədris keyfiyyətinin artırılması, elmi-tədqiqatların inkişafı və idarəetmə mexanizmlərinə inteqrasiyası istiqamətində fikir mübadiləsi aparıblar.
Proqram çərçivəsində nümayəndə heyəti BDU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan–Koreya Kompüter Elmləri Mərkəzini də ziyarət edib. Burada mərkəzin icra etdiyi cari layihələr, beynəlxalq əlaqələr və tələbələrə yaradılan texnoloji imkanlar əyani şəkildə təqdim olunub.
Görüşlərin əsas müzakirə mövzularından biri də süni intellektin təhsil mühitinə təsirləri, bu alətlərin yaratdığı üstünlüklərlə yanaşı, ehtiva etdiyi mümkün fəsad və risklər olub. Xüsusilə akademik dürüstlük prinsiplərinin qorunması, tələbələrdə tənqidi və müstəqil təfəkkürün, eləcə də yaradıcılıq potensialının inkişafına mənfi təsirlərin qarşısının alınması məsələləri ətrafında dərin müzakirələr aparılıb.
Danışıqların yekununda tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri dəyərləndirilib, rəqəmsal təhsil, müasir pedaqoji təcrübələr və süni intellekt sahəsində birgə akademik təşəbbüslərin gerçəkləşdirilməsi barədə razılıq ifadə olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin