
Peşə təhsilli gənclər SOCAR-ın layihələrinə cəlb olunur
Peşə təhsili alan gənclər üçün təşkil olunan ixtisaslaşdırılmış karyera sərgisi, açıq vakansiyalar haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Karyera tədbirlərindən, işə qəbul elanlarından və təhsildəki ən vacib proseslərdən vaxtında məlumat almaq üçün bildirişləri aktiv edin.
Peşə təhsili alan gənclər SOCAR AQŞ-nin karyera sərgisində iştirak ediblər
SOCAR AQŞ tərəfindən peşə təhsili müəssisələrinin tələbələri üçün ixtisaslaşdırılmış karyera sərgisi təşkil olunub. Tədbirin başlıca məqsədi şirkətin hazırda icra etdiyi və gələcəkdə həyata keçirməyi planlaşdırdığı layihələrin tələblərinə cavab verən bacarıqlı, ixtisaslı gənc mütəxəssislərin iş prosesinə cəlb edilməsinə şərait yaratmaqdan ibarət olub.
Sərgi çərçivəsində tələbələrə müəssisənin yaratdığı mövcud və perspektiv iş imkanları barədə ətraflı məlumat verilib. İştirakçılar açıq vakansiyalara birbaşa müraciət edərək ilkin iş müsahibələrindən keçmək şansı qazanıblar. Proqramın davamında gənclər şirkətin əsas fəaliyyət istiqamətlərini, sənaye potensialını və strateji layihələrini əks etdirən geniş təqdimatlarla tanış olublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin