
Kommunikasiya üzrə İşçi Qrupun Qarabağ Universitetində görüşü keçirilib
Azad edilmiş ərazilərdə təhsil infrastrukturunun dirçəldilməsini, gənclərin təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, universitetlərdə müasir tədris imkanlarındab xəbərdar olmaq üçün bizi izləyin.
Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüş zamanı İşçi Qrupun fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq və minatəmizləmə işləri, iqtisadi canlanma, məşğulluq, dayanıqlı məskunlaşma, təhsil imkanları və regionda formalaşan yeni həyat barədə kommunikasiya fəaliyyətinin əsas istiqamətləri diqqətə çatdırılıb.
Tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarında hazırladıqları kontentlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, regionda həyatın bərpasını, insanların gündəlik yaşamını, uğur hekayələrini və yaradılan yeni imkanları əks etdirən yaradıcı və səmimi məzmunlar görülən işlərin daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir.
Görüşdə tələbə və inflüenserlər tərəfindən yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin