
LDU tələbələri uşaq evlərinə 1 tondan artıq sitrus meyvələri göndəriblər
Ali təhsil müəssisələrimizdə tələbələrin sosial məsuliyyət layihələrini, maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin xeyriyyə aksiyaları, praktiki tədris uğurlarından xəbərdar olmaq üçün bizi izləyin.
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Artıq 3 ildir ki, ənənəvi olaraq icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, LDU-nun 2.7 hektarlıq aqrar tədris təcrübə bazasında limon, narıngi, portağal, kivi, feyxoa və s. sitrus meyvələr yetişdirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
