
SDU-da “SOCAR Polymer” təcrübəsi üçün tələbə və magistrantların seçimi keçirilib
Ali təhsil müəssisələrimizin qurumlarla strateji əlaqələri, tələbə və müəllimlər üçün beynəlxalq tədris imkanlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki əməkdaşlıqlar, rəsmi müzakirələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universiteti (SDU) ilə “SOCAR Polymer” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində tələbə və magistrantların istehsalat təcrübələrinə, buraxılış və magistr dissertasiya işlərinin hazırlanması prosesinə cəlb olunması məqsədilə seçim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Şirkət nümayəndələrinin iştirakı ilə keçirilən seçim zamanı namizədlərin akademik göstəriciləri, ixtisas bilikləri və peşəkar inkişaf potensialı nəzərə alınıb.
Əməkdaşlıq çərçivəsində tələbə və magistrantların istehsalat təcrübələrinin təşkili, buraxılış və dissertasiya işlərinə şirkət mütəxəssislərinin elmi rəhbərliyi, eləcə də elmi-praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Bu imkanlar onların nəzəri biliklərini istehsalat şəraitində tətbiq etmələrinə, praktiki səriştələrini inkişaf etdirmələrinə və tədqiqatlarını sənayenin aktual tələblərinə uyğun istiqamətləndirmələrinə şərait yaradacaq.
Qeyd edək ki, SDU ilə “SOCAR Polymer” MMC arasında əməkdaşlıq universitet-sənaye əlaqələrinin genişləndirilməsinə, təhsilin praktiki yönümünün gücləndirilməsinə və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanmasına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

