
OYU tələbələrinin elmi məqalələri konfransda təqdim olunub
Ali təhsil müəssisələrimizdə elmi-tədqiqat mühitinin gücləndirilməsi, professor-müəllim heyətinin akademik fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki elmi seminarlar, akademik təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının III kurs tələbəsi Aytən Kərimova və Filologiya ixtisasının məzunu Fidan Tarverdiyeva Bakı Ekspo Mərkəzində keçirilən “Rəqəmsal dövrdə uşaq ədəbiyyatı və süni intellekt” adlı elmi-nəzəri konfransda iştirak ediblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Konfrans çərçivəsində Aytən Kərimova və Fidan Tarverdiyevanın uşaq ədəbiyyatı, süni intellekt və uşaq psixologiyası mövzularını əhatə edən elmi məqalələri təqdim olunub. Təqdim edilən tədqiqatlar müasir rəqəmsal mühitdə uşaq ədəbiyyatının əhəmiyyəti, süni intellektin yaratdığı yeni imkanlar və uşaqların psixoloji inkişafı ilə bağlı aktual məsələləri əhatə edir.
Qeyd edək ki, tələbələrin təqdim etdikləri məqalələrin konfransın elmi jurnalında dərc edilməsi nəzərdə tutulur. Bu, onların elmi fəaliyyətlərinin təşviqi, tədqiqat nəticələrinin akademik mühitdə paylaşılması və elmi nəşr təcrübəsinin genişləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

