
Təhsil Tələbə Krediti Fondu könüllüləri təltif edib
Tələbə kreditlərinə müraciət qaydaları, gənclərin könüllülük təcrübəsi, təhsildə sosial dəstək mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrindəki gənclər siyasəti, dövlət proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən Könüllü Proqramının yekununa həsr olunmuş görüş keçirilib.
Proqram çərçivəsində ali təhsil müəssisələrini təmsil edən tələbələr könüllü fəaliyyətə cəlb olunublar.
Direktor.az xəbər verir ki, proqram müddətində könüllülər TTKF-nin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, Fond tərəfindən təqdim olunan təhsil tələbə kreditlərinin növləri, şərtləri və müraciət qaydaları barədə maarifləndirmə prosesində iştirak ediblər. Bununla yanaşı, Fondun Yardım Masasına müraciət edən vətəndaşlara operativ dəstək göstəriblər.
Görüş zamanı könüllülər proqram çərçivəsində əldə etdikləri təəssüratları bölüşüb, sonda isə fəallıqlarına və səmərəli fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif olunublar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

