
Xarici diplomların tanınması ilə bağlı 174 müraciət qəbul edilməyib
Xarici kvalifikasiyaların nostrifikasiya qaydaları, ölkələr üzrə müraciət göstəricilərini izləmək üçün direktor.az-a abunə olun. Diplomların tanınması prosesindəki rəsmi meyarlar, beynəlxalq təhsil standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
2026-cı ilin III rübündə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xarici kvalifikasiyaların tanınması ilə bağlı 1607 müraciət daxil olub. Müraciətlərin 1433-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 174 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Mənfi qərarla yekunlaşan müraciətlərin təhlilinə əsasən qeyd edə bilərik ki, imtinaların əsas səbəbi ərizəçilərin xarici ölkədə normativ müddətdən az olmasıdır. Müəyyən olunmuşdur ki, 116 müraciətçi tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olub.
Digər imtina səbəbləri kimi 12 fakt üzrə əhəmiyyətli fərq; 11 - təhsilalma forması; 7 - akkreditasiyasız ali təhsil müəssisəsi (ATM); 6 - ekvivalenti olmayan ixtisas; 6 - tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq; 5 - autentik (həqiqi) olmayan diplom; 4 - əhəmiyyətli fərq, akkreditasiyası olmayan ATM və kvalifikasiyanın müvafiq ölkənin kvalifikasiyalar çərçivəsində yer almaması; 3 - dövlət lisenziyası və akkreditasiyası olmayan ATM və dövlət nümunəli blankda olmayan diplom; 2 - baytarlıq ixtisası üzrə qiyabi təhsilalma forması; 1 – akkreditasiyası olmayan ATM və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma; 1 – autentik (həqiqi) olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olmanı göstərmək mümkündür.
Ölkələr üzrə Türkiyə Respublikasından 545, Rusiya Federasiyasından 490, Ukraynadan 196, Birləşmiş Krallıqdan 67, Gürcüstandan 40, Amerika Birləşmiş Ştatlarından 29, Polşa Respublikasından 28, Belarus Respublikasından 21, Almaniya Federativ Respublikasından 16, Macarıstandan 15, Litva və Özbəkistan respublikalarının hər birindən 11, Çin Xalq, Estoniya və İtaliya respublikalarının hər birindən 9, İran İslam, Latviya və Qazaxıstan respublikalarının hər birindən 8, İsveçrə Konfederasiyası və Niderland Krallığının hər birindən 7, İsveç Krallığı və Kanadanın hər birindən 6, Birləşmiş Ərəb Əmirlikləri, İspaniya Krallığı və Nigeriya Federativ Respublikasının hər birindən 5, Avstriya, Çex respublikaları və Belçika Krallığının hər birindən 4, Fransa, Keniya, Konqo, Qırğız və Somali Federativ respublikalarının hər birindən 2, İsrail və Küveyt dövlətləri, Avstraliya İttifaqı, Filippin, Hindistan, İndoneziya, Misir Ərəb, Moldova, Pakistan İslam, Sudan respublikaları, Malayziya, Rumıniya, Türkmənistan və Yaponiyanın hər birindən 1, eyni zamanda beynəlxalq ikili diplom proqramlarından 10 müraciət qeydə alınıb.
Cari ilin III rübü ərzində ən çox müraciət olunan ixtisaslara nümunə olaraq, tibb (171 müraciət), hüquqşünaslıq (150 müraciət), iqtisadiyyat (98 müraciət), biznesin idarə edilməsi (89 müraciət), maliyyə (66 müraciət) kimi ixtisasları qeyd edə bilərik.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
