
LDU tələbələri uşaq evlərinə sitrus sovqatı göndəriblər
Ali təhsil müəssisələrimizdə tələbələrin sosial məsuliyyət layihələrini, maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin xeyriyyə aksiyaları, praktiki tədris uğurlarından xəbərdar olmaq üçün bizi izləyin.
Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1,5 tona yaxın sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə pay göndəriblər.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Qeyd edək ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun 2, 7 hektarlıq aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Ənənəvi olaraq 3 ildir icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.
Xatırladaq ki, bu, LDU tələbələrinin uşaqlara növbəti sovqat payıdır. Bir müddət öncə də LDU tələbələri Bakı və Bakıətrafı rayonlarda yerləşən uşaq evi sosial xidmət müəssisələrinə 1 tondan artıq sitrus meyvələri göndərmişdilər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

