
Lənkəranda ali və peşə təhsilinin birgə əməkdaşlığı
Ali və peşə təhsili müəssisələrinin innovativ əməkdaşlıqlarını, əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis hazırlığı prosesini izləmək üçün direktor.az saytına abunə olun. Təhsil sahəsindəki ən son təşəbbüslər, təcrübə proqramları və rəsmi xəbərləri ilk siz öyrənmək üçün bildirişləri aktivləşdirin.
Lənkəranda ali və peşə təhsili müəssisələri birgə kadr hazırlığına başlayıb.
Direktor.az xəbər verir ki, Lənkəran Dövlət Universiteti (LDU) ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq çərçivəsində baytarlıq və heyvandarlıq ixtisasları üzrə ilk birgə tanışlıq dərsi təşkil edilib. Hər iki təhsil ocağının professor-müəllim və tələbə heyətinin qatıldığı tədbirdə mövcud innovativ təşəbbüslər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəfdaşlığın əsas məqsədi peşə təhsili alan tələbələrin universitetin müasir laboratoriya və klinika bazasından yararlanaraq praktiki vərdişlərə yiyələnməsini təmin etməkdir. Bu addım regionda müasir əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin