
MİQ-də 3 minə yaxın vakansiya boş qalıb
MİQ imtahanında boş qalan 3 minə yaxın vakansiyanın necə doldurulacağı, ucqar kənd məktəblərində kadr təminatı ilə bağlı xəbərlər üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən vacib yenilikləri, vakansiya elanlarını və rəsmi qərarları izləmək üçün bildirişləri aktiv edin.
Müəllimlərin işə qəbulu imtahanının əsas yerləşdirmə turlarında 3 minə yaxın vakansiya boş qalıb.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyanın "Pressinq" verilişində danışıb.
Qurum rəhbəri bildirib ki, yerlərin əsas mərhələdə seçilməməsi onların tamamilə boş qalması demək deyil:
"Bu il 6 minə yaxın müəllim müsabiqədə uğur qazanıb və fəaliyyətə başlayıb. Hazırda vakant yerlər yarandıqca və yaxud tutulmayan yerlərə müəllimlərin yerləşdirilməsi prosesi davam edir".
Eşqi Bağırovun sözlərinə görə, kadr ehtiyacı əsasən ucqar yaşayış məntəqələrində və tədris saatı az olan fənlərdə müşahidə olunur. Bu cür halların həlli üçün regional idarələrə konkret göstərişlər verilib:
"Bu çatışmazlıqların aradan qaldırılması və müəllim təminatının həyata keçirilməsi üçün yerli təhsil idarəetmə orqanları müsabiqədən keçmiş, müvafiq keçid ballarını toplamış namizədlərlə həmin yerləri təmin edirlər. Biz tutulmayan yerlərlə bağlı çox aydın təlimatlar və tapşırıqlar vermişik ki, həmin vakant yerlər necə təmin edilməlidir. Ya yeni müəllim işə qəbul edilməlidir, ya qonşu məktəbdən əvəzçilik qaydasında digər fənn müəllimləri cəlb olunmalıdır, yaxud da müsabiqədən keçmiş, keçid balını toplamış müəllim dəvət olunaraq müqavilə əsasında işə qəbul edilməlidir".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin