
MDU-da Elmi Şuranın iclası keçirilib
Region ali təhsil müəssisələrində akademik imkanların şaxələndirilməsini, hədəflər və ali məktəb idarəçiliyini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, universitetlərdəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Mingəçevir Dövlət Universitetində rektor Anar Eminovun rəhbərliyi ilə Elmi Şuranın növbədənkənar iclası keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Görüşdə təhsil imkanlarının şaxələndirilməsi, beynəlxalq reytinq nailiyyətləri və digər məsələlər müzakirə edilib.
Universitetdə ilk dəfə Kommunikasiya sistemləri mühəndisliyi, Proqram təminatı mühəndisliyi, Data analitika, Mexatronika və robotexnika mühəndisliyi, Xüsusi pedaqogika, Psixologiya, Beynəlxalq münasibətlər, eləcə də Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisaslarının tədrisinə başlanılması məsələsi nəzərdən keçirilib. Növbəti məsələ Doktorantura təhsil səviyyəsi üzrə məqsədli yerlərin ayrılması ilə bağlı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə müraciət edilməsi olub.
İclasda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü ərəfəsində tədris və elmi fəaliyyəti ilə fərqlənən professor-müəllim heyətinin mükafatlandırılması təşəbbüsü dəstəklənib.
Toplantıda həmçinin MDU-nun dayanıqlı inkişaf və ekoloji layihələr sayəsində "UI GreenMetric" Dünya Universitetləri Reytinqində qazandığı uğur diqqətə çatdırılıb. Rektor Anar kollektivi təbrik edib. Sonda universitet daxilində akademik mühitin və əmək intizamının qorunması ilə bağlı vəzifələr nəzərdən keçirilib, gündəlikdəki məsələlərə uyğun müvafiq qərarlar qəbul olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin