
MDU-da yerli və xarici alimlər bir araya gələcək
Ali təhsil ocaqlarında təşkil olunan elmi tədbirlər, yaşıl enerji layihələri və beynəlxalq akademik əməkdaşlıqları izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil gündəmindəki yeniliklərdən, rəsmi müzakirələrdən və aktual xəbərlərdən xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
23–25 sentyabr 2026-cı il tarixlərində Mingəçevir Dövlət Universitetində yaşıl enerji və regional dayanıqlılığa həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək.
Direktor.az xəbər veriri ki, konfrans MDU və Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun birgə tərəfdaşlığı ilə təşkil olunacaq. “Yer Sistemləri, Yaşıl Enerji və Regional Dayanıqlılıq” adlı konfrans yerli və xarici alimləri bir araya gətirəcək.
Beynəlxalq görüşün əsas hədəfi qlobal ekoloji böhranlar, regional inkişaf sahəsində fənlərarası elmi əməkdaşlığı təşviq etməkdir. Tədbir çərçivəsində iqlim dəyişmələrinə qarşı adaptasiya mexanizmləri, təbii fəlakətlərin qarşısının alınması və aşağı karbonlu iqtisadi modelə transformasiya kimi aktual məsələlər müzakirə ediləcək.
Proqramda bərpa olunan və alternativ enerji sistemləri, eləcə də yer elmləri sahəsində süni intellekt texnologiyalarının tətbiqi imkanları təhlil ediləcək. Eyni zamanda, Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi kontekstində konfransda dayanıqlı şəhər infrastrukturunun qurulması və mədəni landşaftların qorunması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Təşkilatçılar bu elmi forumun həm milli, həm də beynəlxalq səviyyədə akademik tərəfdaşlığı dərinləşdirəcəyinə və praktiki həllərin hazırlanmasına təkan verəcəyinə əminlik ifadə edərək bütün iştirakçılara uğurlar arzulayıblar.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin