
Gəncə-Daşkəsən RTİ-i məktəblilər və müəllimlər üçün intellektual yarış keçirib
Məktəblilər və təhsil işçiləri arasında keçirilən intellektual yarışlar və qalib komandalar barədə məlumatlar üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki layihələrdən, intellektual təşəbbüslərdən və operativ yeniliklərdən xəbərdar olmaq üçün bildirişləri aktiv edin.
Gəncə–Daşkəsən regionunda məktəblilər və təhsil işçiləri intellektual oyunda yarışıblar.
Direktor.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib. Elm və Təhsil Nazirliyinin dəstəyi, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VI–XI sinif şagirdləri və pedaqoji heyət üçün “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Bilik yarışının reallaşdırılmasına “Kapital Bank” və “Təhsil oyunları” platforması tərəfdaşlıq edib.
Layihə iştirakçıların məntiqi və analitik təfəkkürünü inkişaf etdirmək, komandada işləmək bacarığını aşılamaq və təhsil mühitində sağlam rəqabəti təşviq etmək niyyəti daşıyıb.
Gərgin və maraqlı keçən bilik mübarizəsinin yekunlarına əsasən, şagirdlər kateqoriyasında:
Birinci yer : Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Zəfər” komandası
İkinci yer: Samux məktəblilərinin təmsil olunduğu “Sərraf” yığma komandası
Üçüncü yer: Göygöl şəhəri 6 nömrəli tam orta məktəbin “Dəmir yumruq” kollektivi
Təhsil işçiləri arasında fərqlənən heyətlər:
Birinci yer: Samux rayon məktəb rəhbərlərindən təşkil edilmiş “Manifest” komandası
İkinci yer: Gəncə şəhəri M.Füzuli adına 22 nömrəli tam orta məktəbin “Zəkalar” heyəti
Üçüncü yer: Goranboy rayonunun müəllimlərindən ibarət “The masters” yığma komandası
Müsabiqənin sonunda fərqlənən komandalara kubok, diplom və xüsusi hədiyyələr təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin